Nebenzya: “Avropa Rusiya ilə müharibəyə fəal şəkildə hazırlaşır”

Dünya

14.04.2026 - 11:12

“Bu, odla oynamaqdan başqa bir şey deyil”

“Avropa ölkələri Rusiya ilə müharibəyə fəal şəkildə hazırlaşır”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Diplomat vurğulayıb ki, "bu genişmiqyaslı hərbi hazırlıqlar Avropanın Rusiyaya qarşı böyük müharibəyə ciddi şəkildə hazırlaşdığına şübhə yeri qoymur. Bu, odla oynamaqdan başqa bir şey deyil".

Nebenzya qeyd edib ki, avropalıların planları gerçəkləşmək üçün nəzərdə tutulmayıb: “Çünki bizə qılıncla gələn saysız-hesabsız işğalçılardan heç biri Rusiyanı sağ-salamat tərk etməyib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş