Nazirlər Kabineti Aparatına rəhbər təyin edilib

Siyasət

25.11.2019 - 20:50

Baş Nazir Əli Əsədov sərəncam imzalayıb 

 

Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.

 

Bu barədə AYNA-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. 

 

Onun sözlərinə görə, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

 

Qeyd edək ki, R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışırdı.

 

Müəllif: Ayna.az