Nazir monitorinq aparılan bağçaların sayını açıqlayıb

Xəbərlər

28.06.2022 - 17:51

“Hansı bağçada vəziyyətin necə olması barədə ilkin təsəvvürlər var”

1680 bağçada monitorinq aparılıb. AYNA xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hansı bağçada vəziyyətin necə olması barədə ilkin təsəvvürlər var: “Hazırda bir neçə bölgədə auditlər həyata keçirilir. Onların da nəticələri əsasında müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, yaxud daha ciddi əmək qanunvericiliyində nəzərdə tutulmuş məsələlərlə bağlı bu həftə ictimaiyyətə məlumat veriləcək”.

“Bundan əlavə, ilkin mərhələdə məktəblərin, bağçaların tikinti məsələsi də gündəmdə olacaq”, - deyə nazir söyləyib.

Müəllif: Ayna.az