NATO Ukraynaya qoşun göndərmək niyyətində deyil

Dünya

12.05.2024 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Mirça Ceoana: “Rusiya ilə böyük münaqişədə maraqlı deyilik”

“NATO hələ də Ukraynaya qoşun göndərmək niyyətində deyil”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO baş katibinin müavini Mirça Ceoana deyib.

“Qərarların konsensusla qəbul edildiyi NATO səviyyəsində hazırda Ukraynada Alyans qüvvələrinin yerləşdirilməsi planı yoxdur. Biz Ukraynaya bacardığımız qədər dəstək verməkdə, eyni zamanda, bu müharibənin NATO və Rusiya arasında daha da böyük münaqişəyə çevrilməməsində maraqlıyıq”, – deyə Ceoana qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş