Stoltenberq həmçinin NATO ölkələrini “qısamüddətli təkliflərə daha az etibar etməyə” çağırıb
Şimali Atlantika Alyansı (NATO) Ukraynaya daha proqnozlaşdırıla bilən yardım göstərmək niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz təşkilati məsələləri, Ukraynaya daha proqnozlaşdırıla bilən yardım göstərəcək yeni formaları və uzunmüddətli perspektivdə vəsaitlərin hər il və aylıq alınacağını müzakirə edirik”, - deyə baş katib bildirib.
Stoltenberq həmçinin NATO ölkələrini “qısamüddətli təkliflərə daha az etibar etməyə” çağırıb və bildirib ki, Alyans ölkələri Ukraynaya “yardımın proqnozlaşdırıla bilməsi üçün çoxillik maliyyə öhdəliklərini” müzakirə etmək niyyətindədirlər.
NATO-nun baş katibi həmçinin Qərb ölkələrini Ukrayna qoşunlarının cəbhədəki uğursuzluqlarına görə Kiyevə yardımı artırmağa çağırıb. Eyni zamanda, blokun Ukraynaya hərbi dəstəyin əlaqələndirilməsi və planlaşdırılmasında mühüm rol oynamaq istəyini açıqlayıb.