NATO ölkələrinin müdafiə nazirləri iyunun 13-14-də görüşəcəklər
İyunun 13-14-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin və NATO-Ukrayna Şurasının nazirlər səviyyəsində görüşü keçiriləcək.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Alyansın qərargahından bildirilib.
“NATO-nun müdafiə nazirləri iyunun 13-14-də görüşəcək. İclasa baş katib Yens Stoltenberq sədrlik edəcək. İyunun 13-də Ukrayna-NATO Şurası müdafiə nazirləri səviyyəsində görüş keçiriləcək”, - məlumatda vurğulanıb.