Mirça Joana: “Blok Rusiyanın nüvə silahından istifadə etməsi təhlükəsini görmür”
“Rusiyadan heç bir nüvə təhlükəsi yoxdur”. AYNA xəbər verir ki, bu sözləri “El Pais” qəzetinə müsahibəsində Şimali Atlantika Alyansının (NATO) baş katibinin müavini Mirça Joana deyib.
“Biz Rusiya tərəfindən nüvə silahlarından istifadə təhlükəsini görmürük”, - deyə NATO rəsmisi bildirib.
Bununla belə, baş katibin müavininin sözlərinə görə, iki il əvvəl Ukraynada müharibə başlayanda NATO Rusiya rəhbərliyinin nüvə silahından istifadə etmək cəhdi ilə bağlı təhlükələri müşahidə edib.