“Rusiyanın casusluq fəaliyyəti müəyyən mənada “Soyuq müharibə” dövründəkindən də yüksəkdir”
Bundesver Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitləri arasında gizli söhbətin sızması NATO kəşfiyyat agentliklərinin Rusiya kəşfiyyatının fəaliyyəti və işinin miqyasından narahat olmasına səbəb olub. AYNA xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Qərb kəşfiyyatçılarından biri deyib ki, “siçan-pişik oyunu” başlayıb.
Digər kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Rusiyanın casusluq fəaliyyəti müəyyən mənada “Soyuq müharibə” dövründəkindən də yüksəkdir.
Onlar həmçinin əmindirlər ki, sızma çoxsaylı nümunələrdən yalnız biridir, lakin ələ keçirilən kəşfiyyat məlumatlarının həqiqi miqyası naməlum olaraq qalır.
Qeyd edək ki, martın 5-də Almaniya Bundesveri Krım körpüsünə hücumun mümkün təşkilini müzakirə edən hərbçilər arasında danışıqların sızması səbəbindən intizam araşdırmasına başlayıb.