NATO-dan Talibana xəbərdarlıq

Dünya

14.08.2021 - 05:16

Həkimlər Klinikalar SEO Xidməti

Yens Stoltenberq: "Kabildəki diplomatik varlığımız davam edəcək"

 

“Əfqanıstandakı vəziyyətdən dərin narahatlıq duyuruq. Taliban hücumlar nəticəsində ölkəni ələ keçirsə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq”.

 

AYNA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberqin açıqlamasında deyilir.

 

“NATO üzvləri bu gün Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün bir araya gəldilər. Məqsədimiz Əfqanıstan hökumətini və təhlükəsizlik qüvvələrini mümkün olduqca dəstəkləməkdir.

 

Heyətimizin təhlükəsizliyi hər şeydən vacibdir. Kabildəki diplomatik varlığımız davam edəcək.

 

Müxtəlif insan haqlarının pozulması halları ilə yanaşı, Talibanın səbəb olduğu şiddətdən narahatıq. Taliban ölkəni zorla ələ keçirsə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını anlamalıdır. Siyasi həlli dəstəkləməyə qərarlıyıq”, - Baş katib bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş