“Baltops-2021” hərbi təlimləri iyunun 18-dək davam edəcək
NATO Baltik dənizində hərbi-dəniz qüvvələrinin iştirakı ilə “Baltops-2021” hərbi təlimlərə başlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Məlumata görə, iyunun 18-nə kimi davam edəcək təlimlərdə 40 hərbi-dəniz vasitəsi, 60 təyyarə və 4 minə yaxın hərbçi iştirak edəcək.