“Stinger” raketlərinin tədarükü üçün yeni çoxmillətli müqavilə imzalanıb
NATO 700 milyon dollara "Stinger" zenit-raket komplekslərinin alınması üçün yeni müqavilə imzalayıb. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən sammit çərçivəsində hərbi sənaye forumunda çıxışı zamanı deyib.
“Yalnız bu gün NATO Logistika və Təchizat Agentliyi (NSPA) təxminən 700 milyon dollar dəyərində “Stinger” raketlərinin tədarükü üçün yeni çoxmillətli müqavilə imzaladı”, - Stoltenberq bildirib.
Baş katib həmçinin xatırladıb ki, 2023-cü ildə NSPA mərmi istehsalı üçün 11 milyard dollarlıq müqavilələr imzalayıb.