Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Xəbərlər

04.12.2025 - 15:09

Sürücü inzibati məsuliyyətə cəlb edilib

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd olunub ki, paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetən N. Zeynalov inzibati məsuliyyətə cəlb edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş