Müsəlman millət vəkilinin edamı tələb olunur

Dünya

29.11.2019 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

Daniella Stella rəqibi haqqında sərt ifadələr işlədib

 

ABŞ-da 2020-ci ildə keçiriləcək seçkilərdə Nümayəndələr Palatasının ilk müsəlman qadın təmsilçisi İlhan Ömərin rəqibi müəyyənləşib.

 

AYNA xəbər verir ki, bu barədə “Washington Times'” qəzeti məlumat yayıb.

 

Məlumatda İlhan Ömərin rəqibinin Respublikaçılar Partiyasının üzvü Daniella Stella olacağı qeyd olunub.

 

O da bildirilib ki, Daniella Stella rəqibi haqqında sərt ifadələr işlədib. O, İlhan Ömərin edam edilməsini tələb edib.

 

“İlhan Ömər İrana ABŞ-la bağlı məlumatlar ötürüb. Onun xəyanət etməsi ilə bağlı iddialar araşdırılsın və sübut edildiyi təqdirdə edam olunsun”, - deyə Respublikaçı namizəd əlavə edib.

 

Qeyd edək ki, 2020-ci il noyabrın 3-də ABŞ-da 59-cu prezident seçimlərinə start veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş