“Mülki müqavilə”nin deputatları Qriqoryanı qapalı iclasa çağırıblar

Dünya

06.03.2024 - 11:59

cedabet dərman SEO Xidməti

Erməni deputatlar Təhlükəsizlik Şurasının katibi ilə Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini müzakirə edəcəklər

Ermənistan Parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatları bu gün ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Milli Assambleyaya qapalı iclasa çağırıblar. AYNA xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

“Qeyd edirik ki, hakim qanad artıq açıq şəkildə Avropayönlü xarici siyasət istiqaməti götürüb, üstəlik, Milli Assambleyanın spikeri səviyyəsində hakimiyyət Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd olmağa hazır olduğunu bildirir. Geriyə qalır Aİ-nin Ermənistanı qəbul etməsi. Bu gün deputatlar Armen Qriqoryanla bununla bağlı məsələləri müzakirə edəcəklər. Sirr deyil ki, Armen Qriqoryan bu hakimiyyətin ən qərbyönlü simalarından biridir, Ermənistan-Rusiya münasibətləri barədə həmişə sərt danışır”, - deyə qəzetin mənbəsi qeyd edib.

Bildirilir ki, “Mülki müqavilə” üzvləri yaxın vaxtlarda xarici işlər naziri Ararat Mirzoyanla da qapalı iclasda sözügedən məsələni müzakirə edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş