Aİ nümayəndəsi: “Liviya münaqişəsi ancaq BMT vasitəsilə həll oluna bilər”
“Liviyada vəziyyət dəyişməyə başlayıb. Lakin Avropa İttifaqının atəşkəsə nail olmaq fikri dəyişməyib”.
AYNA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano Liviyadakı hadisələrlə bağlı təşkil olunan mətbuat konfransında belə açıqlama verib. O, Aİ-nin Liviyada bütün tərəfləri atəşkəsə çağırdığını, hərbin həll yolu olmadığını və tərəflərin danışıqlar masasına qayıtmalı olduğunu qeyd edib.
Stano Misir Prezidenti Abdulfəttah əs-Sisinin, liviyalı general Haftarın ardıcıl məğlubiyyətə uğramasından sonra başlatdığı yeni siyasi təşəbbüsə dəstək verməsinə də münasibət bildirib: “Yalnız Birləşmiş Millətlər Təşkilatının vasitəsilə sülh və sabitliyə təkan verən hər addımı müsbət hesab edirik. Ona görə də Liviyada baş verən hadisələrin həlli BMT və Berlin Sammiti çərçivəsində öz həllini tapmalıdır”.