Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başa çatıb

Xəbərlər

26.07.2020 - 14:56

cedabet dərman SEO Xidməti

51 min 227 namizəd elektron ərizəsini təsdiq edib

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, 16 – 25 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 53 880 namizəd qeydiyyatdan keçib.

 

Onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş