Uqandada bədbəxt hadisə: 10 nəfər həyatını itirib

Hadisə

19.08.2019 - 23:41

Bir neçə yaşayış məntəqəsi ciddi zərər görüb

 

Uqandada neft daşıyan maşın taksi ilə toqquşub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər dünyasını dəyişib.

 

Toqquşma Uqandanın Rubirizi şəhərində meydana gəlib. 10 nəfərin ölümünə səbəb olan hadisənin neft maşınının partlaması nəticəsində baş verdiyi qeyd olunub.

 

Yerli mənbələrin verdiyi məlumata görə, partlayış nəticəsində çox sayda insan yaralanıb, bir neçə yaşayış məntəqəsi ciddi zərər görüb.  

Müəllif: Ayna.az