Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır

Cəmiyyət

18.08.2021 - 07:48

Həkimlər Klinikalar SEO Xidməti

Namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb

 

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə başlanılır.

 

AYNA xəbər verir ki, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Onlar üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər “miq.edu.az” saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş