Müəllimlər üçün onlayn kalkulyator

Xəbərlər

09.07.2021 - 16:09

Həkimlər Klinikalar SEO Xidməti

Əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənərək vətəndaşların istifadəsinə verilib.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, bunun üçün nazirliyin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqını hesablaya biləcəklər.

 

Müəllimlər “Onlayn kalkulyator” keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.

 

Qeyd edək ki, yeni xidmətin yaradılmasında əsas məqsəd şəffaflığın və əlçatanlığın artırılmasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş