Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

Xəbərlər

09.07.2020 - 10:39

cedabet dərman SEO Xidməti

Fuad Məmmədov nazirlikdə yeni vəzifəyə təyin edilib

 

Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. AYNA xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

 

General-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə yeni vəzifəyə təyin edilib.

 

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş