Moskvaya dronlarla hücum edildi

Dünya

18.08.2023 - 11:27

cedabet dərman SEO Xidməti

PUA-lardan birinin qalıqları “Eksposentr”in pavilyonlarından birinin üstünə düşüb

Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. AYNA xəbər verir ki. Bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında yazıb.

Merin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Moskvaya PUA hücumunu dəf ediblər.

“PUA-lardan birinin qalıqları “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin pavilyonlarından birinin üstünə düşüb. Xəsarət alan olmayıb”, - deyə Sobyanin qeyd edib.

Hadisədən sonra Moskvanın hava məkanı bir neçə saatlıq bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş