Moskvada törədilən terror aktı üzrə təqsirləndirilən şəxs ittihamları rədd edib

Dünya

26.03.2024 - 01:12

Əminçon İslamov məhkəmədə təqsirsiz olduğunu bəyan edib

Moskvada “Crocus City Hall”da törədilən terror aktı üzrə təqsirləndirilən şəxs, 33 yaşlı taksi sürücüsü Əminçon İslamov məhkəmədə təqsirsiz olduğunu bəyan edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmədə İslamov Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin (“Terror aktı”) 3-cü hissəsinin “b” bəndi ilə ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini söyləyib.

Daha əvvəl bildirilib ki, məhkəmə həmin şəxsi mayın 22-dək həbs edib. Qardaşı Dilovar və atası İsrail İslamov barəsində də eyni həbs-qətimkan tədbiri seçilib.

“112” “Telegram” kanalı bildirir ki, İslamovlar terror aktını törətdikdən sonra qaçmağa çalışdıqları ağ “Renault” avtomobilini terrorçulara satıblar.

Müəllif: Ayna.az