Moskvada son sutkada koronavirusdan ölənlərin sayı açıqlanıb

Dünya

20.10.2020 - 01:48

Yeni növ virusdan ölənlərin sayı 6 min 58 nəfərə çatıb

 

Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində daha 49 koronavirus xəstəsi dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

 

Məlumata görə, yeni növ virusdan ölənlərin sayı 6 min 58 nəfərə çatıb.

 

Qeyd edək ki, bir gün əvvəl Moskvada 51 nəfərin öldüyü bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş