Moskvada koronavirusdan daha 77 nəfər ölüb

Dünya

27.11.2020 - 05:56

Koronavirusdan ölənlərin sayı  durmadan artır 

 

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 77 nəfər ölüb.

 

AYNA-nın məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

 

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 77 xəstə dünyasını dəyişib".

 

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 680 nəfərə çatıb.

Müəllif: Ayna.az