Moskvada daha 9 nəfər koronavirusdan ölüb

Dünya

11.09.2020 - 03:23

Moskvada koronavirus qurbanlarının sayı azalıb

 

Moskvada son sutka ərzində daha 9 nəfər (dünən 14 nəfər) koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 956-ya çatıb.

 

Ümumilikdə Moskvada 269 mindən çox insan koronavirusa yoluxub, 226 mindən çox insan isə virusa qalib gəlib.

Müəllif: Ayna.az