Moskvada daha 75 nəfər koronavirusdan ölüb

Dünya

25.11.2020 - 03:38

Ümumilikdə 566 mindən çox insan koronavirusa yoluxub

 

Moskvada son sutka ərzində daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 8 530-a çatıb.

 

Moskvada ümumilikdə 566 mindən çox insan koronavirusa yoluxub, 416 mindən çox pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az