Moskvada "Crocus City Hall"dakı atışmada 40 nəfər ölüb

Dünya

22.03.2024 - 22:19

cedabet Klinikalar SEO Xidməti

Xüsusi təyinatlı qüvvələr hadisə yerinə cəlb olunub

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert salonunda baş verən silahlı insidentlə bağlı operativ qərargah yaradılıb.

AYNA APA-ya istinadən xəbər verir ki, Krasnoqorsk administrasiyasından verilən məlumata görə, bütün qüvvə və vasitələr hadisə yerinə yönəldirilib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Rusiya teleqram kanalları hadisə yerində çoxlu sayda ölənlərin və yaralıların olduğunu bildirirlər.

Qeyd edək ki, bu gün axşam saatlarında kamuflyaj geyinmiş ən azı üç nəfər "Crocus City Hall" binasının birinci mərtəbəsinə girərək avtomat silahlardan atəş açıblar.

Həmçinin qumbara və yanan maddə atıldığından güclü yanğın başlayıb.

Konsert salonunun tavanı qismən çöküb.

"Shot" teleqram kanalı azı beş nəfər silahlı şəxsin hücumda iştirak etdiyinə dair məlumat yayıb.

Atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb

Rosqvardiyanın xüsusi təyinatlı qüvvələri hadisə yerinə cəlb olunub.

Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30-dan çox regional və 20 təcili tibbi yardım briqadası əraziyə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş