Vidnoyedəki Koks və Qaz Zavodunda yanğın söndürülüb
Moskva yaxınlığındakı Vidnoyedə Koks və Qaz Zavodunda baş verən yanğın söndürülüb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müəssisənin sahibi olan “Mechel” şirkətinin Mətbuat Xidməti məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsindən agentliyə təsdiqləyiblər ki, gecə yarısı yanğınsöndürənlər tərəfindən açıq yanğın söndürülüb. Tələfat və ətraf mühit üçün təhlükə yoxdur.
Qeyd edək ki, Moskva Koks və Qaz Zavodu koks, benzol və kömür qətranı istehsal edir.
Xatırladaq ki, martın 5-də Moskva zavodun sexində partlayış və yanğın barədə məlumat verilib. Xilasedicilərin sözlərinə görə, benzinlə işləyən nasos sütunu yanıb və bütün bina alovlanıb.