Moskva və Tehran Yəmənə endirilən zərbələri pisləyib

Dünya

15.01.2024 - 17:22

cedabet dərman SEO Xidməti

Lavrov və Abdullahian telefon danışığı zamanı insidenti pisləyiblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yəmənə endirilən zərbələri pisləyiblər. AYNA xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, Rusiya və İran XİN rəhbərləri telefon danışığı zamanı insidenti pisləyiblər. Tərəflər Yaxın Şərqdə eskalasiyanı müzakirə edib və Qəzza zolağında dərhal atəşkəs əldə etməyə, eləcə də humanitar yardımların maneəsiz çıxışını təmin etməyə çağırıblar.

Nazirlər yeni ikitərəfli sazişin hazırlanmasını və ticarət-iqtisadi sahədə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Bundan əvvəl ABŞ-ın Yəmənə zərbələr endirmək qərarını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova pisləyib. Onun sözlərinə görə, “ABŞ özünün destruktiv məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı ilə beynəlxalq hüquqa tamamilə məhəl qoymur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş