Kreml rəsmisi münaqişənin dondurulması təklifləri ilə bağlı iddiaları təkzib edib
“Moskvanın Vaşinqtona Ukraynadakı münaqişəni dondurmağı təklif etməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Peskov “Reuters”ə şərhində bildirib ki, “bu doğru deyil”.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukraynadakı münaqişənin siyasi və diplomatik həllinə keçməyə hazırdır, amma bu, “hazırkı reallıqlar” nəzərə alınmaqla baş verməlidir.