Kitabxanalar, sərgi salonları və zooparklar da açılacaq
Rusiyanın paytaxtı Moskvada bu gündən etibarən koronavirus səbəbilə özünü təcridetmə, şəhərə giriş-çıxış nəzarəti və gəzinti ilə bağlı icazə qərarı ləğv edilib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
"Moskvalılar pandemiya dövründə tövsiyələrə və məhdudlaşdırıcı tələblərə məsuliyyətlə riayət etdilər", mer bildirib.
Sobyanin deyib ki, iyunun 16-dan etibarən paytaxtda kafe və restoranlar, stomatoloji klinikalar və digər sosial obyektlər də fəaliyyətini bərpa edəcək: “Kitabxanalar, sərgi salonları və zooparklar da açılacaq. İyunun 23-dən etibarən isə uşaq bağçalarının, idman mərkəzlərinin işinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını planlaşdırırıq”.