Sabiq Prezident Dodon mərasimdə iştirakdan imtina edib
Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, Sandu bu gün Moldova Parlamenti və Konstitusiya Məhkəməsinin birgə keçirdiyi mərasimdə and içib.
Prezident Moldovanın çiçəklənməsi, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində bütün gücünü və bacarığını ortaya qoyacağını bildirib.
Qeyd edək ki, Moldovada prezident seçkilərinin ikinci turu 15 noyabrda baş tutub. Müxalifətin namizədi M.Sandu seçicilərin yüzdə 57,72 faizinin səsini qazanıb. Əvvəlki Prezident İqor Dodon yüzdə 42,28 faiz səs alıb.
Dodon yeni Sandunun andiçmə mərasimində iştirakdan imtina edib.