Keçmiş Baş Nazir hazırkı Prezidentdən çox səs toplayıb
Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, səsvermənin nəticələrinə görə, keçmiş Baş Nazir Maya Sandu seçicilərin 36,16 faizini toplayıb.
Hazırkı Prezident İqor Dodon isə 32,61 faiz səs toplaya bilib. Digər 6 namizəd isə daha az səs toplayıblar.
Bu nəticələr ölkədə ikinci tur seçkinin keçirilməsini şərtləndirir. Belə ki, Moldova qanunlarına görə, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, seçkilərin ikinci turu keçirilir.
İkinci turda namizədlər Sandu və Dodon mübarizə aparacaq. Səsvermə iki həftədən sonra keçiriləcək.