MN: "Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub"

Siyasət

24.08.2021 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur

 

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş