Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir
10 saylı Binəqədi üçüncü seçki dairəsində qanunsuzluq qeydə alınıb. AYNA xəbər verir ki, müşahidəçilər tərəfindən lentə alınan hadisə 179 nömrəli məktəbin 8 saylı məntəqəsində baş verib.
Bildirilir ki, əvvəlcədən xüsusi öyrədilmiş adamlar müxtəlif rayonlarda qeydiyyatda olmalarına baxmayaraq, qrup halında səsverməyə gətirilir.