Əfqanıstan Prezidenti Azərbaycana gələcək

Siyasət

17.09.2019 - 21:19

Məhəmməd Əşrəf Qəni oktyabrın 25-26-da Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya gələcək

 

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycana səfər edəcək.

 

AYNA xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ölkəsinin müstəqilliyinin 100 illiyinə həsr olunmuş rəsmi qəbulda bildirib.

 

O, dövlət başçısı və xarici işlər naziri Səlahəddin Rəbbaninin oktyabrın 25-26-da Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya gələcəyini qeyd edib. 

 

Diplomat sözügedən tədbirin terrorçuluqla mübarizə sahəsində beynəlxalq həmrəyliyi daha da gücləndirəcəyini də vurğulayıb.

Müəllif: Ayna.az