“Azərbaycan iki girova qarşılıq əlində olan bütün erməni girovları geri verməyə hazırdır”

Siyasət

03.07.2019 - 15:33

Elxan Şahinoğlu: “Ermənistan ordusu işğal altındakı təlimlərə başlasa, bu, atəşkəsin pozulmasına rəvac verəcək

 

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra iki müsbət nəticə əldə olunub:

 

Birinci nəticə. Uzun illərdən sonra tərəflər girovları dəyişdiriblər. Doğrudur, hər iki tərəf ancaq bir girov dəyişdirib. Ancaq bu prosesin gələcəkdə genişlənəcəyinə müəyyən ümidlər var.

 

İkinci nəticə. Cəbhə bölgəsində nisbi sakitlikdir, atəşkəs keçmiş aylarda və həftələrdə olduğu kimi intensiv pozulmur”.

 

Bu barədə AYNA-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh verib. O bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədləri hazırda bu iki nəticənin genişlənməsinə çalışır.

Ayna.az