Misirdə koronavirusun yeni variantına yoluxma aşkarlanıb

Dünya

23.08.2023 - 08:32

cedabet dərman SEO Xidməti

Misirdə koronavirusun yeni variantı “eris” müəyyən edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi iki yoluxma halının qeydə alındığını bildirib.

"Qripə bənzər xəstəliklər, kəskin respirator infeksiyalar və pnevmoniyanı izləyən mərkəzlərin test nəticələri COVID-19 EG-5.2 variantının iki müsbət halını təsdiqləyir", - nazirlik bildirib.

Xəstələrin yaşı açıqlanmır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş