COVID-19-dan 21 nəfər öldü, 745 yoluxma qeydə alındı
Misirdə son bir gün ərzində COVID-19 virusuna rekord sayda yoluxma halı qeydə alınıb. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatı var. Qurumun məlumatına görə, bir sutka ərzində Misirdə 745 yoluxma baş verib ki, Bununla da koronavirusa yoluxanların ümumi sayı 14 min 229 nəfərə çatıb.
Məlumatda mayın 20-də COVID-19 virusundan 21 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 680 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 325 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 3994 pasiyent tam müalicə olunub.