Misir prezidenti istintaqa cəlb oluna bilər

Dünya

20.01.2020 - 18:59

Həkimlər Klinikalar SEO Xidməti

Mursinin ölümü və ölümündən əvvəl gördüyü işgəncələrlə bağlı istintaqın başlaması tələb olunur

 

İngiltərədə Misir Ərəb Respublikasının demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin həbsxanada vəfatından sonra çevrilişlə hakimiyyətə gələn Abdulfəttah əs-Sisinin həbs olunması istənilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, baş qərargahı İngiltərənin paytaxtı Londonda yerləşən Beynəlxalq Ədalət Palataları (Guernica 37) Sisinin İngiltərə ziyarətindən əvvəl London Polisi Terrorla Mübarizə Şöbəsindən, “Misir hökuməti və hökumət qurumlarına qarşı işgəncə iddiaları” nın araşdırılmasını tələb edib.

 

Guernica 37-nin açıqlamasında Misir İnqilab Şurasının tələbi ilə müraciət olunduğu bildirilib. Müraciətdə Mursinin ölümü və ölümündən əvvəl gördüyü işgəncələr ilə əlaqədar istintaqın başlaması tələb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş