Misir, İraq və İordaniya liderləri bir araya gəlir

Dünya

22.08.2020 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

Üçtərəfli sammit keçiriləcək

 

Gələn həftə Əmmanda Misir Prezidenti Əbdülfəttah əl-Sisi, İraqın Baş Naziri Mustafa Kazımi və İordaniya Kralı II Abdullanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İordaniya Haşimilər Krallığı sarayının mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, artıq üçüncü dəfə keçiriləcək sammitdə üç ölkə arasında iqtisadiyyat, ticarət və sərmayələr üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Sarayın məlumatında bildirilib ki, əvvəlki sammitlərdə olduğu kimi, bu tədbirdə də Fələstin problemi diqqət mərkəzində olacaq. Bundan başqa, Liviya və Yəməndə münaqişələrin nizamlanması məsələləri də müzakirə ediləcək.

 

Qeyd edək ki, liderlərin bundan əvvəlki sammitləri 2019-cu ildə Qahirədə və Nyu-Yorkda keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş