Mirzoyan Lui Bononu ilə Cənubi Qafqazı müzakirə edib

Dünya

13.03.2024 - 16:19

cedabet dərman SEO Xidməti

Ermənistanın XİN başçısı ABŞ-ın Qafqaz üzrə baş müşaviri ilə görüşüb

Martın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Qafqaz üzrə baş müşaviri Lui Bononu ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən bildirilib.

Həmsöhbətlər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, o cümlədən sülh müqaviləsi üzrə müzakirələrə toxunublar.

Mirzoyan son hadisələri təqdim edərək, əsas məsələlərdə Ermənistanın mövqelərini vurğulayıb. Xüsusilə, Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və möhkəm hüquqi bazaya malik xəritələr əsasında sərhədlərin delimitasiyasının vacibliyini qeyd edib.

Mirzoyan və Lui Bono Ermənistan və ABŞ arasında ikitərəfli siyasi dialoqun gündəliyi, qarşıda duran vəzifələr və tərəfdaşlığın gələcək inkişafı məsələləri barədə də fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş