“Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək olmaz”
“Ermənistan və Rusiya eyni dildə danışmır və onlar arasında fikir ayrılıqları var”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todos Noticias” nəşrinə müsahibəsində deyib.
Nazir bildirib ki, hər iki ölkə sıx iqtisadi əlaqələri inkişaf etdirir və ikitərəfli ticarət mövcuddur: “Əməkdaşlıq müxtəlif sahələri əhatə edir və təhlükəsizlik sahəsində yaxşı əlaqələr qorunur. Amma bu da bir həqiqətdir ki, bu gün bizim düşüncələrimiz fərqlidir və sadə dildə desək, eyni dildə danışmırıq. Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək olmaz”.
Mirzoyan ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkib. Lakin bildirib ki, “Ermənistanın ölkələrin öz öhdəliklərini qarşılıqlı şəkildə yerinə yetirməsi ilə bağlı ədalətli gözləntiləri var”.