Məşhur rumın məşqçi 81 yaşında dünyasını dəyişib
Məşhur rumın məşqçi Mirça Luçesku 81 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə rumın idman jurnalisti Emanuel Rosu sosial şəbəkədə paylaşım edib.
"Faciəli xəbər. Mirça Luçesku vəfat etdi. O geridə bütün bir kainatı qoyub getdi. Allah ona rəhmət eləsin. İki həftədən az bir müddət əvvəl, xəstəliyinə baxmayaraq, o Rumıniya milli komandasını Türkiyəyə qarşı Dünya Kuboku pley-off matçında məşq etdirdi", - deyə rumıniyalı jurnalist yazıb.
Luçesku Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Məşqçiyə kəskin miokard infarktı diaqnozu qoyulub və 5 aprel bazar günü vəziyyəti pisləşib. Bundan sonra məşqçi süni tənəffüs aparatına qoşulub.
Məşqçilik karyerası ərzində Luçesku "Qalatasaray", "Beşiktaş", "Dinamo Kiyev", "Şaxtyor", "Zenit" və Rumıniya milli komandasına rəhbərlik edib.