Minskdə yenidən aksiyalar başlayıb - <font color=red> FOTOLAR</font>

Dünya

25.08.2020 - 22:31

Həkimlər Klinikalar SEO Xidməti

Mitinq iştirakçıları çağırışa məhəl qoymayaraq, çətirlər altında şüarlar səsləndiri, mahnılar oxuyurlar


Belarusun paytaxtı Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı İstiqlal meydanında icazəsiz aksiyaya başlayıb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki,  üç polis əməkdaşı əllərində ağ-qırmızı rəngli bayraqlar tutan etirazçılara yaxınlaşaraq onlardan meydanı tərk etməyi tələb edib. Mitinq iştirakçıları çağırışa məhəl qoymayaraq, çətirlər altında şüarlar səsləndiri, mahnılar oxuyurlar.

 

Belarus prezidenti Aleksandr Lukaşenkonun da tərəfdarları Minskdə ona dəstək aksiyasına başlayıblar. Aksiya Komarovski bazarının yaxınlığında keçirilir. İştirakçılar vətənpərvər mahnılar oxuyurlar. Onların əksəriyyətinin əllərində ölkənin bayrağı var.



Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş