Minskdə 100-dən çox etirazçı fəal saxlanılıb

Dünya

20.12.2020 - 23:41

Həkimlər Klinikalar SEO Xidməti

Belarusun digər şəhərlərində 67 etirazçının həbs olunduğu bildirilir

 

Bu gün Belarusun paytaxtı Minsk şəhərində keçirilən etiraz aksiyaları zamanı təxminən 100 nəfər etirazçı saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Minsk polisinin “Telegram” kanalı məlumat yayıb.

 

“İcazəsiz aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edildi. Bundan sonra 100-ə yaxın ən fəal şəxslər nəzarətə alındı”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, əvvəllər etiraz aksiyalarında iştirak etmiş və saxlanılmayan vətəndaşları, həmçinin “səbəbsiz” səs siqnalları verən, bununla da qaydaları pozan və yollarda fövqəladə vəziyyət yaradan sürücülərin axtarışları davam etdirilir.

 

Belarusun “Viasna” İnsan Haqları Mərkəzi öz növbəsində, ölkənin bir çox şəhərində 67 etirazçının həbs olunduğunu açıqlayıb.

 

Xatırladaq ki, Belarusda etiraz aksiyaları 5 aydır ki, davam edir. 9 avqustda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, altıncı dönəm üçün namizədliyini irəli sürən Aleksandr Lukaşenko 80 faiz səs toplayaraq qalib olub. Ölkə müxalifəti isə seçkilərdə saxtakarlıq edildiyini bildirərək, etiraz aksiyalarına başlayıb. Aksiyaçılar Prezident Lukaşenkonun istefa verməsini və yeni seçkilərin keçirilməsini tələb edir. Belarusda keçirilən aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə yatırılır. İndiyədək ölkədə minlərlə insan həbs edilib. Təcridxanalarda tutulanların işgəncələrə məruz qoyulduğu, öldürüldüyü haqqında məlumatlar var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş