Mingəçevirdə sirkə turşusu içən gənc ölüb

Hadisə

27.06.2021 - 23:26

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlərin səylərinə baxmayaraq, ağır durumda olan Xəlilovun həyatını xilas etmək mümkün olmayıb

 

Bu gün səhər saatlarında Mingəçevirdə polis əməkdaşları küçədə huşsuz vəziyyətdə 1990-cı il təvəllüdlü Xəlilov Camal Şahin oğlunu aşkarlayıblar.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, C. Xəlilov 9 saylı orta məktəbin yaxınlığında aşkarlanıb.

 

Gənc polis əməkdaşları tərəfindən təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, ağır durumda olan C. Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin müayinə və araşdırma zamanı məlum olub ki, şəxsi problemləri səbəbindən C. Xəlilov sirkə turşusu içərək intihar edib.

 

Qeyd edək ki, ölən şəxs Mingəçevirdə məcburi köçkün şəhərciyində yaşayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş