Dövlət qurumunun avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var

Hadisə

19.11.2019 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxıb və aşıb

 

Ağsu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb.

 

AYNA-nın əldə etdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus olub. Yollara nəzarət edən avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxıb və aşıb.

 

Hadisə nəticəsində AAYDA-nın əməkdaşları - Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. T.Rüstəmov xəstəxanada dünyasını dəyişib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az