Yanğın söndürülüb
Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahədə ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. AYNA xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Masallı rayonunun Xanalıyan kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyalari 35 m² sahədə, damına yığılmış 7 ton ot bağlamasının 5 tonu və yaxınlıqda 60 m² sahədə kol-kos yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.