Belə bir qərardan sonra milyarderin Rusiyaya iş vizası ilə daxil olduğu iddia edilir
“Coalco International” inkişaf şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib. AYNA xəbər verir ki, b u barədə “Forbes” məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, Anisimov 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib.
Belə bir qərardan sonra milyarderin Rusiyaya iş vizası ilə daxil olduğu iddia edilir.
Milyarderin Rusiyada heç bir əmlakının qalmadığı bildirilir.
“Forbes” onu da qeyd edir ki, Anisimov hazırda Xorvatiya vətəndaşıdır. O həmçinin 1990-cı illərdə əldə edilmiş Dominikan Respublikasının vətəndaşlığına malikdir.
Daha əvvəl məlum olub ki, “Texnosila” məişət texnikası mağazaları şəbəkəsinin keçmiş sahibi Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina edib.